Aspirinin ölümcül  TƏHLÜKƏLƏRİ
12 aprel 2023 13:55 (UTC +04:00)

Aspirinin ölümcül TƏHLÜKƏLƏRİ

Aspirinin ölümcül təhlükəsi barədə xəbərdarlıq edilib. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə tibb elmləri namizədi Andrey Kondrakhin danışıb.

O qeyd edib ki, aspirinin nəzarətsiz qəbulu ölümcül ola bilər.

Həkim xatırladıb ki, bu dərman trombozla mübarizə üçün istifadə olunur və digər hallarda istifadə edilmir, çünki onun çoxlu yan təsirləri var. Xüsusilə, o, yüksək temperaturu aşağı salmaq üçün istifadə edilməməli olduğunu vurğulayıb.

"Həkimlər aspirindən uşaqlarda, xüsusən üç yaşınadək və böyüklərdə qızdırma salıcı kimi istifadə etməməyi tövsəyi edir. Çünki o, qanaxmanı artırır", - terapevt bildirib.

Həkimin sözlərinə görə, aspirinin nəzarətsiz qəbulu xoralara, qanaxmalara, beyin qanamasına səbəb ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1563
avatar

Fidan İlqar

Oxşar yazılar