ABŞ Qida və Dərman İdarəsi (FDA) opioidlərin artıq dozasının təcili müalicəsi üçün reseptsiz burun spreyi RiVive-i təsdiqləyib.
Lent.az-ın verdiyi xəbərə görə, bu barədə agentliyin saytında məlumat verilib.
Dərmanın aktiv maddəsi nalokson hidroxloriddir. FDA daha əvvəl 2023-cü ilin martında oxşar tərkibli burun spreyini təsdiqləyib.