Arıqlamaq istəyənlər səhər yeməyini düzgün seçməlidir.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə dietoloq Liza Riçards danışıb.
Mütəxəssis deyir ki, artıq çəki əldə etmək istəməyənlər tərəvəzli omletə keçməlidirlər - bu yemək səhər yeməyi üçün idealdır.
Onun sözlərinə görə, karbohidratlı standart səhər yeməyindən fərqli olaraq, tərəvəz omleti şəkərin kəskin artmasına səbəb olmur. Bu, gün ərzində daha uzun müddət tox qalmağınıza kömək edəcək.
Bu yeməyi düzgün hazırlamaq üçün sizə 2-3 yumurta, yarım xırda doğranmış soğan, yarım qırmızı bibər, bir ovuc təzə ispanaq, dəniz duzu və bir neçə xörək qaşığı zeytun yağı lazımdır.