Ananın barmağı  uşağa köçürüldü
14 dekabr 2023 18:56 (UTC +04:00)

Ananın barmağı uşağa köçürüldü

Sankt-Peterburq şəhərində həkimlər ananın barmağını uşağa köçürüblər.

Lent.az xəbər verir ki, həkimlər donor barmağını köçürməklə 11 yaşlı uşağın əlini xilas ediblər. Məlumata görə, məktəblidə xərçəng səbəbi ilə nekroz yaranıb. Doğuşdan dərhal sonra onda lenfoblastik lösemi inkişaf edibmiş.

Sonra uşağa üç yaşında anasından sümük iliyi köçürülüb. Ancaq immun sistemi uğursuzluğa düçar olub və dəri, oynaq və selikli qişaların zədələnməsi prosesi başlayıb.

“Həkimlər iki mərhələdə hərəkət etmək qərarına gəliblər. Birinci mərhələdə baş barmağın ölü toxuması çıxarılıb. İkinci mərhələdə isə donorun - xəstənin anasının ayağından uşağa ikinci barmağın bir hissəsi köçürülüb”, - həkimlər bildirib. 

Cərrahlar ən incə damarları belə tikməyi bacarıblar və barmaq tamamilə sağalıb. Həkimlər ekstremitələrin fəaliyyətinin bərpası üçün müsbət proqnozlar verirlər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4725
avatar

Sevinc Fərid

Oxşar yazılar