Alkoqol içməyin  ən təhlükəsiz   yolları
11 aprel 2023 19:14 (UTC +04:00)

Alkoqol içməyin ən təhlükəsiz yolları

Psixiatr-narkoloq bildirib ki, istənilən növ spirtdən sonra başqa maye, o cümlədən bir qurtum da olsa istifadə etmək lazımdır. 

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, bu, bədənə mənfi təsirləri azaltmağa kömək edə bilər.

Mütəxəssis adi su içməyi və ya içkiyə buz əlavə etməyi məsləhət görür. Bundan əlavə, böyük miqdarda buz güclü spirtin konsentrasiyasını azalda bilər ki, bu da onun zərərli təsirini azaldar. Nəhayət, spirtdən zərər görməmək üçün ən yaxşı qərar ondan imtina etməkdir.

"Alkoqol su-elektrolit balansını pozur, susuzlaşdırıcı təsir göstərir və kalium, natrium, maqnezium və kalsiumu xaric edir", - həkim deyib.

Onun sözlərinə görə, spirtli içkiləri şirin qazlı su ilə içmək olmaz. O, sərxoşluğu artırır və baş ağrılarına səbəb olur.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2265
avatar

Oxşar yazılar