Bəzi vərdişlərə əməl edilsə, insan ömrü uzana bilər.
Lent.az xəbər verir ki, bu fikri alimlər səsləndirib.
Onların sözlərinə görə, təkcə alkoqol və siqaretdən imtina etmək, sağlam qidalanma bunun üçün kifayət deyil. Bunlardan daha vacibi fiziki fəaliyyətdir.
Alimlər müəyyən ediblər ki, bina evlərində yaşayanlar liftdən imtina edib, müntəzəm olaraq pilləkənlərlə qalxsalar, bədənin sağlamlığını əhəmiyyətli dərəcədə yaxşılaşdıra, bir sıra xəstəliklərin inkişafından qaça və buna görə də daha uzun yaşamaq mümkün ola bilər.
Belə fiziki fəaliyyət əzələlərə, sümüklərə müsbət təsir edir, qan dövranını daha aktiv edir. Üstəlik, bu fəaliyyət növü ödənişsiz və insanların öz əlindədir.
Onlar müəyyən edib ki, pilləkənlərə qalxmağın ölüm ehtimalını 24% azaldır. Həmçinin ürək-damar xəstəliklərindən, o cümlədən insultdan 39% qoruduğunu göstərən araşdırmalar da var.