Alimlər kökəlmənin səbəbini araşdırdı - bu vitamin ÇATIŞMIR
20 iyul 2024 11:22 (UTC +04:00)

Alimlər kökəlmənin səbəbini araşdırdı - bu vitamin ÇATIŞMIR

Yeni Zelandiyanın Otaqo Universitetinin alimləri insan orqanizmində C vitamini çatışmazlığının çəki artımı ilə əhəmiyyətli dərəcədə əlaqəli olduğunu müəyyən ediblər. Bundan əlavə, artıq çəki varsa, sağlamlığı qorumaq üçün pəhrizinizdə C vitamininin miqdarı artırılmalıdır. Araşdırmanın nəticələri “Critical Reviews in Food Science and Nutrition” jurnalında dərc olunub.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, tədqiqat çərçivəsində alimlər dünya əhalisinin sağlamlığına dair məlumatları özündə əks etdirən iki böyük məlumat bazasını təhlil ediblər. Bunlar ABŞ Milli Sağlamlıq və Qidalanma Müayinəsi Sorğusudur: 2017–2018-ci illər baş tutan sorğuda 2828 yetkin adam iştirak edib. Digəri isə Norfolk Avropa Prospektiv Xərçəng Araşdırmasıdır - 1993–1997 ci illərdə keçirilib və 20,692 nəfəri əhatə edib.

Tədqiqatçılar iştirakçıların çəkisi haqqında məlumat toplayıb və onların hər birinin qanında C vitamininin konsentrasiyasını qiymətləndiriblər. Nəticələr göstərib ki, artıq çəkidən əziyyət çəkən insanların orqanizmində tez-tez bu maddə çatışmazlığı olur. Alimlər irəli sürüblər ki, piylənmə oksidləşdirici stressi (oksidləşmə nəticəsində hüceyrənin zədələnməsi prosesi) artıran aşağı dərəcəli iltihabı tetikləyərək C vitamininin mübadiləsini (və onun orqanizmdən xaric olmasını) sürətləndirə bilər.

Tədqiqatçılar əlavə ediblər ki, piylənmə 2-ci tip diabet və alkoqolsuz yağlı qaraciyər xəstəliyinin inkişaf riskini də artırır. Bu xəstəliklərin hər ikisi C vitamini səviyyəsinin azalması ilə xarakterizə olunur.

Yeni Zelandiyada hazırda Ümumdünya Səhiyyə Təşkilatının C vitamini üçün gündəlik tövsiyəsi 45 mq-dır. Bu, dünyada ən aşağı gündəlik dozalardan biridir. Alimlərin fikrincə, bu məbləğ artıq çəkili insanlar üçün kifayət etməyə bilər. Tədqiqatçıların fikrincə, gündəlik çəkisi 70 kq olan insanın 10 kq artıq bədən çəkisi üçün əlavə olaraq 17-22 mq C vitamini lazımdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3120
avatar

Oxşar yazılar