Kofeni düz içməyəndə orqanizmə faydadan çox ziyan verir.
Lent.az-ın Rusiya mətbuatına istinadən xəbərinə görə, həkim dietoloq Yelena Solomatina bildirib ki, acqarına içilən kofe orqanizm üçün təhlükəlidir.
“Ac ikən içilən kofe mədədə turşuluğu artırır və bu eroziya, yara kimi xoşagəlməz nəticələrə səbəb ola bilir. Yuxusuz gecədən sonra orqanizmin tonusunu qaldırmaq üçün kofe içmək də ziyandır. Bu əsəb sistemini yükləmək deməkdir. Acqarına kofe içmək kortizol səviyyəsini yüksəldir ki, bu da insanı əsəbi edir” , -deyən həkim əlavə edib ki, kofedən sonra su içmək lazımdır.
Əgər kofedən sonra su içməsəniz o diuretik təsir göstərəcək, gümrahlıqdan çox, yorğunluq verəcək.