50 yaşdan yuxarı insanlar üçün kurort romanlarının böyük faydası varmış.
Lent.az-ın xəbərinə görə, psixoloq Natalya Naumova belə düşünür. O qeyd edib ki, məzuniyyət zamanı gənc insanlarla tanışlıq 50 yaşdan yuxarı insanlar üçün enerji mənbəyinə çevrilə bilir. Eyni zamanda orqanizm özünü güclənmiş hiss edir və bu psixikaya yaxşı təsir edir. Kurorta gedərkən yaşanan sevgi romanları monoton ömrə yeni rənglər qatır, insanı bir növ cavanlaşdırır.
“Kurort romanlarının çoxu evə gələrkən başa çatır. Onlar bilirlər ki, bu oyundur, müvəqqətidir. Bununla belə həyatlarına rəng qatırlar. Əsas odur ki, sonra üzülməmək üçün böyük xəyallara qapılmasınlar”,- deyə mütəxəssis bildirib.
“Əgər kurortda ömürlük həyat yoldaşı tapmaq istəyirsənsə, sonrakı peşmançılıqlardan qaçmaq üçün tələsmək lazım deyil. Əsas odur ki, hormonlar yox, məntiq qərar versin”, deyə o bildirib.