2030-cu ilə qədər 500 milyon insan buna görə XƏSTƏLƏNƏCƏK –  XƏBƏRDARLIQ
19 oktyabr 2022 19:05 (UTC +04:00)

2030-cu ilə qədər 500 milyon insan buna görə XƏSTƏLƏNƏCƏK – XƏBƏRDARLIQ

Ümumdünya Səhiyyə Təşkilatının hesabatına əsasən, 2030-cu ilə qədər fiziki aktivliyin olmaması səbəbindən qarşısı alına bilən qeyri-infeksion xəstəliklərin sayı 500 milyon arta bilər.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, fiziki fəaliyyətin vəziyyəti ilə bağlı hesabatda bu xəstəliklərin müalicəsinin dəyəri 300 milyard dollardan çox qiymətləndirilir. Qeyd edilir ki, yeni halların demək olar ki, yarısı (47 faiz) hipertoniya, 43 faizi isə depressiya nəticəsində yaranacaq. Bununla belə, bu cür xəstəliklərin müalicəsi üçün səhiyyə xərclərinin 70 faizini təşkil edəcək yüksək gəlirli ölkələr ən böyük iqtisadi xərcləri öz üzərinə götürəcəklər.

Hesabatda vurğulanır ki, xəstəliyin qarşısının alınmasında fiziki fəaliyyətin əhəmiyyəti COVID-19 pandemiyası və müxtəlif fiziki hazırlığa malik xəstələr arasında xəstəliyə tolerantlığın müqayisəli təhlili ilə təsdiq edilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3507
avatar

Oxşar yazılar