11 növ xərçəng riskini  azaldan VİTAMİN
06 may 2023 14:02 (UTC +04:00)

11 növ xərçəng riskini azaldan VİTAMİN

Alimlər 11 növ xərçəng riskini azaldan vitaminin adını açıqlayıblar.

Lent.az xəbər verir ki, bu barədə araşdırma “Frontiers in Nutritio” jurnalında dərc olunub.

Məqalədə bildirilir ki, C vitaminin qəbulu müxtəlif xərçəng növlərinin inkişaf riskini azaldır.

Bununla bağlı 3562 elmi işi təhlil edilib. Nəticədə qeyd olunan vitaminin 11 növ xərçəng xəstəliyi riskini azaldığı məlum olub.

Mütəxəssislərin fikrincə, C vitamini qəbulu sidik kisəsi xərçəngi, döş xərçəngi, uşaqlıq boynu şişləri, endometrium, özofagus, mədə, glioma, ağciyər, mədəaltı vəzi, prostat və böyrək hüceyrəsi xərçəngi kimi xəstəliklərin qarşısını ala bilmə potensialına sahibdir.

Həmçinin, həkimlər gündəlik olaraq ən azı 200 mq askorbin turşusu qəbul etməyi tövsiyə ediblər.

Eyni zamanda, meyvə-tərəvəzin C vitamininin əsas mənbəyi olduğunu və digər faydalı maddələrin də onlarla birlikdə insan orqanizmə daxil olacağı vurğulanıb. Beləliklə, onların hamısı askorbin turşusu ilə birlikdə antitümör effekti verə bilər.

Qeyd edək ki, C vitamini tərkibli bir çox qidalar var. Məsələn, qara qarağat, pomidor, kivi, portağal, çiyələk, limon, ananas, manqo, noxud, qırmızı bibər, brokoli, cəfəri, gül kələmi, yaşıl bolqar bibəri və s.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1776
avatar

Sevinc Fərid

Oxşar yazılar