Qəhvənin təsəvvür edilməyən FAYDALARI
07 yanvar 2024 23:23 (UTC +04:00)

Qəhvənin təsəvvür edilməyən FAYDALARI

Yapon alimləri qəhvədən müntəzəm istifadənin yaddaşı və diqqəti yaxşılaşdırdığını bildiriblər.

Lent.az xəbər verir ki, Springer nəşri içkinin gözlənilməz faydalarından yazır.

Tsukuba Universitetinin tədqiqatçıları qəhvə ilə bağlı araşdırma aparıblar. 30 gün ərzində siçanlara qəhvə verilib. Daha sonra gəmiricilər Morris labirintinə buraxılıb və burada yaddaş qabiliyyətinin əhəmiyyətli dərəcədə artdığını göstəriblər.

Tədqiqatçıların fikrincə, qəhvənin müntəzəm istehlakı idrak funksiyasının yaxşılaşmasına səbəb olur, çünki bu birləşmə beyində qan dövranına faydalı təsir göstərir, həmçinin yeni neyronların böyüməsini stimullaşdırır və onlar arasında əlaqəni yaxşılaşdırır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5964
avatar

Oxşar yazılar