Dünyada piylənmədən əziyyət çəkənlərin ümumi sayı 1 milyardı keçib.
Lent.az xəbər verir ki, bu barədə 1500-dən çox alimdən ibarət beynəlxalq qrup araşdırma aparıb.
Araşdırmaya görə, 1990-cı ildən 2022-ci ilə qədər uşaqlar və yeniyetmələr arasında piylənmə göstəriciləri dörd dəfə artıb.
Yetkinlər arasında piylənmə nisbəti qadınlarda iki dəfədən çox, kişilərdə isə təxminən üç dəfə artmışdır. 2022-ci ildə ümumilikdə 159 milyon uşaq və yeniyetmə və 879 milyon böyük (504 milyon qadın və 374 milyon kişi) piylənmə ilə yaşayır.