Çiyələk yemək nə dərəcədə təhlükəlidir? -  TÖVSİYƏ
06 may 2022 07:10 (UTC +04:00)

Çiyələk yemək nə dərəcədə təhlükəlidir? - TÖVSİYƏ

Aqronom Vladimir Vikulov satışda olana çiyələkləri az miqdarda yeməyi məsləhət görür.

Lent.az xəbər verir ki, o bunu gilməyvənin tərkibindəki nitratla əlaqələndirib.

O, “Sputnik” radiosuna sağlamlığa zərər vumadan nə qədər çiyələk yeyilməli olduğu haqqında müsahibə verib.

“İndi biz əsasən xüsusi şəraitdə becərilən torpaqda yetişdirilən çiyələk alırıq. 

Bu cür giləmeyvələr işıq çatışmazlığı, istilik və ya həddindən artıq azot gübrələri ilə yetişdirilən məhsullardır. Bu, nitrat toplusu deməkdr”, - deyə Vikulov xəbərdarlıq edib.

O bildirib ki, çiyələk alarkən onun qoxusuna və rənginə fikir vermək lazımdır.

“Kifayət qədər solğun, giləmeyvəyə xas olmayan rəng və çox böyük meyvə nitrat miqdarının çox olması deməkdri”,- deyə o bildirib.

Vikulovun sözlərinə görə, sağlam yetişdirilmiş çiyələklər fərqli görünür:

“Torpaqda yetişən giləmeyvələr təhlükəsizdir. Onlar tamamilə fərqli görünüşə malikdirlər: parlaq, doymuş, xarakterik bir ətirə malikdir”.

Vikulov sözlərinə görə, çiyələkdən zəhərlənmə nadir hallarda baş versə də hazırkı məqamda bir dəfəyə 100-150 qramdan çox olmayan məhsul yeyəmək məsləhətdir.

Yalnız bu  yolla nitratların orqanizmə mənfi təsir riskini aradan qaldıra bilərik.
 

# 2700
avatar

Oxşar yazılar