Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının təməlqoyma mərasimində iştirak edib.
Lent.az xəbər verir ki, dövlətimizin başçısına inşa ediləcək ilk yaşayış binası barədə məlumat verilib.
Qeyd olunub ki, ABŞ-ın “Gensler”, Azərbaycanın “Azərbaycan inkişaf” və Türkiyənin “URAL mühandislik” şirkətləri binanın layihələndirilməsinə cəlb olunub. Binanın fasadında Ağdamın yerli ağ daşından və Avropa memarlıq elementlərindən istifadə ediləcək. Mənzillər 1, 2, 3, 4 və 5 otaqlı olacaq.
Dövlətimizin başçısı binanın təməlini qoydu.
***
12:47
Mayın 28-də Azərbaycan Prezidenti İlham Əliyev Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının təməlqoyma mərasimində iştirak edib.
Lent.az-ın xəbərinə görə, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
***
Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Ağdam Sənaye Parkının təməlqoyma mərasimində də iştirak edib.
***
AzərbaycanPrezidenti İlham Əliyev Ağdamda Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksində olub.
***
Azərbaycan Prezidenti İlham Əliyev Ağdam şəhər 1 saylı məktəbin yeni binasının da təməlini qoyub.