13:52 19 aprel 2021

Azərbaycanın 3 ölkəyə yeni səfiri təyin olundu

Prezident İlham Əliyev Zaur Əhmədovun Azərbaycanın İsveç Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Lent.azın xəbərinə görə, sərəncama əsasən, Zaur Rəşid oğlu Əhmədov Azərbaycanın İsveç Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. 

***

Prezidentin daha bir sərəncamı ilə Hüseyn Cəlal Hüseynov Azərbaycanın Bolqarıstanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

***

Prezident İlham Əliyev Eldar Nadir oğlu Səlimovun Azərbaycanın İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi barədə də sərəncam imzalayıb. 

# 801
avatar

Oxşar yazılar