“Zəfər” xalçası təqdim olundu
05 noyabr 2021 20:11 (UTC +04:00)

“Zəfər” xalçası təqdim olundu

Bu gün Azərbaycan Milli Xalça Muzeyində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

 

APA-nın məlumatına görə, tədbirdə “Qarabağın xalça xəritəsi” layihəsi çərçivəsində toxunan “Zəfər” xalçasının təntənəli şəkildə dəzgahdan kəsimi mərasimi və Əməkdar rəssam Adil Şıxəliyevin müəllifi olduğu “Şuşa” adlı qobelenin təqdimatı baş tutub.

Tədbirdə Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova 44 günlük müharibə dövründə Milli Xalça Muzeyinin gördüyü işlərdən danışıb. O bildirib ki, həmin günlərdə muzey Qarabağ xalçalarının təbliği məqsədilə interaktiv “Qarabağın xalça xəritəsi”ni tərtib edib:

"Azərbaycan Milli Xalça Muzeyi öz üzərinə düşən vəzifə borcunu hər zaman olduğu kimi 44 günlük müharibə dövründə də məsuliyyətlə və daha aktiv şəkildə yerinə yetirdi, informasiya cəbhəsində durmadan mübarizə apardı.  Muzeyin sosial şəbəkələrdəki səhifələrində Qarabağın milli-mədəni irsi olan xalçaları ilə yanaşı, tarixi, etnoqrafiyası, məşhur şəxsiyyətləri barədə bütün dünyadan olan izləyicilərimiz üçün üç dildə – Azərbaycan, ingilis və rus dillərində 100-dən artıq paylaşımlar olundu.

Məhz həmin günlərdə muzeyimiz Qarabağ xalçalarının təbliği məqsədilə interaktiv “Qarabağın xalça xəritəsi”ni tərtib etdi. Xəritədə Qarabağın hər bölgəsinin ən məşhur xalça fraqmentləri ağ-qara rənglərdə verildi. Şanlı ordumuz torpaqlarımızı azad etdikcə “Qarabağın xalça xəritəsi”ndə həmin bölgəyə aid xalça fraqmentləri al-əlvan rənglərə boyandı. Qələbədən sonra bu xəritə əsasında Qarabağın müxtəlif şəhər və rayonlarına aid xalçalardan fraqmentlərin, Ali Baş Komandan İlham Əliyevin “Qarabağ Azərbaycandır!” şüarını, xalqımızın birliyini, qələbə əhval-ruhiyyəsini simvolizə edən naxışların, ornamentlərin yer aldığı “Zəfər” xalçası ilmələrə köçürüldü.

Onu da qeyd edim ki, “Zəfər” xalçasında əks etdirilən Qarabağ xalça fraqmentləri muzeyimizin kolleksiyasında qorunan eksponatlardan götürülüb."

 

Sonra  "Zəfər" xalçasının dəzgahdan kəsim mərasimi keçirildi. Xalçanı ilk kəsən Azərbaycan Silahlı Qüvvələrinin polkovniki Tehran Mənsimov oldu.

Qeyd edək ki, "Zəfər” xalçası ideyası, eskizin hazırlanması və toxunması Azərbaycan Milli Xalça Muzeyinin kollektivi tərəfindən həyata keçirilib. Xalça muzeyinin Ənənəvi texnologiya şöbəsində 48 müxtəlif rəngli yun iplərdən istifadə olunmaqla üç ay ərzində toxunulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3055

Oxşar yazılar

"Arif Babayev həyatda olanda biz qol-qanadlı idik" - Yalçın Adıgözəlov

"Arif Babayev həyatda olanda biz qol-qanadlı idik" - Yalçın Adıgözəlov

1 avqust 2025 , 12:37
Arif Babayev Fəxri Xiyabanda dəfn olunacaq

Arif Babayev Fəxri Xiyabanda dəfn olunacaq

1 avqust 2025 , 11:18
Arif Babayev vəfat etdi

Arif Babayev vəfat etdi

1 avqust 2025 , 08:50
"Kuruluş Osman"da böyük dəyişiklik:  Orhan bəyi o canlandıracaq

"Kuruluş Osman"da böyük dəyişiklik: Orhan bəyi o canlandıracaq

31 iyul 2025 , 11:10
Arif Babayevin son durumu AÇIQLANDI

Arif Babayevin son durumu AÇIQLANDI

31 iyul 2025 , 10:33
8 milyonluq səhifəsində Azərbaycan mahnısı ifa etdi - VİDEO

8 milyonluq səhifəsində Azərbaycan mahnısı ifa etdi - VİDEO

31 iyul 2025 , 06:31
Dalinin unudulmuş əsəri 30 min funt sterlinqə  satıla bilər

Dalinin unudulmuş əsəri 30 min funt sterlinqə satıla bilər

30 iyul 2025 , 04:51
Arif Babayevin SON DURUMU

Arif Babayevin SON DURUMU

29 iyul 2025 , 11:01