Bir neçə gündür ifası sosial şəbəkələrdə viral olan, tamaşaçıların rəğbətini qazanan 10 yaşlı Nuray Şahsuvarlı müğənni Zamiq Hüseynovu da heyran edib.
Lent.az-ın xəbərinə görə, o da Nurayla bağlı paylaşım edib:
"Sənə tərbiyə verən valideyinlərinin qarşısında min dəfə baş əyirəm, ananın əllərindən öpürəm. Sənə "TikTok" musiqilərini yox, kökümüzü sevdirib. Sənə bizim nə qədər zəngin mədəniyyətimiz olduğunu, nə qədər dərin mədəniyyətə malik olan bir xalq olduğumuzu öyrədib. Biz dahilər yurdunun övladlarıyıq.
Allah səni xoşbəxt eləsin. Sən bu gun bütün uşaqlara nümunəsən.
Bu necə oxumaqdır? Bu yaşda bu nə hissiyatdir? Bu nə xırdalıqlardır? Gözümü yumuram, elə bilirəm Şövkət Ələkbərova, Fatma Mehrəliyeva, Rübabə Muradova oxuyur. Sən məni xoşbəxt etdin".