Zaman haqqında 15 aforizm
11 sentyabr 2024 11:45 (UTC +04:00)

Zaman haqqında 15 aforizm

Lent.az zaman haqqında aforizmləri təqdim edir. Onların arasından 15 ən maraqlısını seçməyi isə sizin öhdənizə buraxırıq.

Vaxt öldürmək ən bahalı əyləncədir.   (Onore de Balzak:Fransız yazıçısı)

Dünənlə bu gün arasında savaş olarsa,sabahı itirərik.   (Uinston Çörçill:İngiltərə dövlət,siyasi və xərbi xadimi)

Zaman bir daha gəlməmək şərti ilə gedir.   (Lao Tszi:Çin mütəfəkkiri)

Boş zaman yoxdur,boş keçən zaman var.   (Naməlum)

Zaman səssiz bir mişardır.   (İmmanuil Kant:Alman filosofu)

Dünən tarixdir,sabah bilinməyəndir,bu gün isə hədiyyədir.   (Franklin Ruzvelt:ABŞ-ın 32-ci prezidenti)

Ən ağır itkilərdən biri zaman itkisidir.   (Corc Lui Buffon:Fransız təbiətşünası)

Dünənki günəşlə bugünkü paltarları qurutmaq olmaz.   (Naməlum)

Zaman ən yaxşı müəllimdir,təəssüf ki,o öz şagirdlərini öldürür.   (Hektor  Berlioz:Fransız bəstəkarı)

Kainat bir beşik, zaman isə onun ipidir.   ("Füyuzat" jurnalından)

Əgər həyatı sevirsənsə,zamanı öldürmə,çünki həyat zamana bağlıdır.   (Bencamin Franklin:Amerika ictimai-siyasi xadimi)

İnsan zamanın jçində deyil,zaman insanın içində yaşayır.  (Henri Berqson:Fransız filosofu)

Zaman nə çıxar,nə də bölər.Lakin elə bir şəkildə toplayar ki,vurma belə onun yanında heç qalar.   (Bob Talbert:Amerika jurnalisti)

Bir həkimin bir saatda etdiyi bir əməliyyatı xəstə illərlə anladar.   (Naməlum)

Zaman həyatın vicdanıdır;itirilmiş zaman adamı itirilmiş vicdandan daha çox təşvişə salmalıdır.  (Yusif Vəzir Çəmənzəminli:Azərbaycan yazıçısı)

Təqvim özü də son payız çağında üşüm-üşüm üşüyən ağacdır:gündə bir sarı yarpaq salır.   (Elçin Əfəndiyev:Azərbaycan yazıçısı)

Zaman üçün qüsur tapa bilərik,ancaq zaman danışarsa,utanmaq məcburiyyətində qalarıq.   (Abdullah ibn Muhəmməd:İslam alimi)

Vaxtdan istifadə edə bilməyən adam həmişə onun yel kimi uçmasından gileylənir.   (Jan Labrüer:Fransız yazıçısı və filosofu)

Vaxt-zaman bütün yaraları sağaldır.   (Menandr:Qədim yunan dramaturqu və şairi)

Vaxtı itirməyin ən bariz nümunəsi telefon söhbətləridir.   (Anri de Monterlan:Fransız yazıçısı)

Təxirə salmaq vaxtı oğurlamaqdır.   (Tomas Yunq:İngilis fizioloqu və təbiətşünası)

Həyata yenidən başlasaydım,saniyələrin nəbzini tutardım.   (Fyodor Mixayloviç Dostoyevski:Rus yazıçısı)

Zaman heç itmir,itən bizik.   (Pol Klodel:Fransız şairi,dramaturqu və diplomatı)

Sevgililərim,bir şeyi unutmayın ki,Rəbbin gözündə bir gün min il,min il də bir gün kimidir.   (İncil)

Vaxtınız yoxdur deyib durmayın. Sizin də vaxtınız Mikel Anjelo, Leonardo da Vinçi, Tomas Cefferson, Paster, Helen Keller, Albert Eynşteynin sahib olduğu vaxt qədərdir. Cekson Braun

Vaxt uçur – bu pis xəbərdir. Yaxşı xəbər odur ki, vaxtınızın pilotu siz özünüzsüz. Maykl Altşüler

Uğur və uğursuzluq arasında bir boşluq dayanır ki, onun da adı “mənim vaxtım yoxdur” kəlməsidir. Franklin Fild

Özünüzü təqvimlə aldatmayın. Bir ildə məhz sizin istifadə edə biləcəyiniz qədər günlər var. Belə ki, bəzi insanların bir ildə 7, digərlərinin isə 365 günü ola bilər. Çarlz Riçards

Vaxtı xərcləmək deyil, ona investisiya etmək gərəkdir. Stiven Kovi

Adi insanlar vaxtlarını neçə keçirməyi düşünür, müdrik insanlar isə vaxtdan necə faydalanmağı.
Ötən günün qəm-kədərinə yaşadığınız bugünkü günü korlamağa izn verməyin. Riçard Nelson
 

Boşuna sərf edilmiş vaxt yeganə tullantıdır ki, onu təkrar emal etmək olmur. Siz heç zaman nədənsə ötrü “vaxt” tapa bilməyəcəksiniz, əgər sizə vaxt lazımsa, onu götürün.  Çarlz Brakston

Gələcəklə bağlı səxavətlilik – indi ilə bağlı olan hər şeyi fəda edə bilməkdir. A. Kamyu

Zaman özü vaxtını öldürmək istəyənlərin axırına çıxır P. Buast

 Balaca uşağın bir saatı, ahıl qocanın 1 günündən daha uzundur. A. Şopenhauer

Mən heç zaman gələcək haqqında düşünmürəm, o həddindən çox tez gəlir. A. Eynşteyn

 Hətta sabahkı günə hakim ola bilmədiyin halda, bir ömürlük planlar qurmaq axmaqlıqdır. Seneka

Xoşbəxt olmaq  bu günlə yaşamaq bacarığının üzərində dayanır. Pifaqor

Həyatda sonradan anlayacağın şeyləri nədənsə, öncədən yaşamaq lazım gəlir. S. Kerkeqor

Hər indiki zamanın onu işıqlandıran və onunla birlikdə yoxa çıxan gələcək zamanı vardır ki, keçmiş-gələcək.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2904
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar