“Doktor Civanım' və 'Vahşi Kan' kimi “Yeşilçam” filmlərində istifadə olunmuş, 1971-ci ildən qalma o məşhur motosiklet hərraca çıxarılır.
Lent.az-ın məlumatına görə, motosikletin sahibi Ali Dingil onun satışından əldə edəcəyi gəliri Kahramanmaraşda zəlzələdən əziyyət çəkən insanlara yardım fonduna köçürəcək.
Ali Dingil satışdan daha çox gəlir əldə edə bilmək üçün “Şabanın motosikletinin” satılması ilə bağlı mediada elan verib.