Yeni hekayə MÜSABİQƏSİ: birinci yerə 3000 manat
20 yanvar 2023 12:29 (UTC +04:00)

Yeni hekayə MÜSABİQƏSİ: birinci yerə 3000 manat

Azərbaycan yazıçılar arasında hekayə müsabiqəsi başlayıb.

Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Yazıçılar Birliyinin katibi, Mətbuat Şurasının sədri Rəşad Məcid məlumat yayıb.

Məlumata əsasən, Mir Cəlal adına III hekayə müsabiqəsi “Ədibin Evi” tərəfindən elan edilib. Həcmi 1500 sözdən çox olmamaq şərti ilə Azərbaycan dilində yazılan hekayələr fevralın 1-dək elektron şəkildə edibinevi@gmail.com ünvanına göndərilməlidir. Hekayələrin mövzusu ilə bağlı məhdudiyyət yoxdur. Müsabiqəyə qədər çap olunmuş hekayələr qəbul edilmir.

Birinci yerin qalibinə 3000, ikinci yerin qalibinə (iki mükafat) 2000, üçüncü yerin qalibinə isə (üç mükafat) 1000 manat pul mükafatı təqdim ediləcək.

# 6747
avatar

Oxşar yazılar