Yaxın dostu Yaşar Nurini DOĞUM GÜNÜNDƏ  bu sözlərlə andı
03 sentyabr 2022 15:24 (UTC +04:00)

Yaxın dostu Yaşar Nurini DOĞUM GÜNÜNDƏ bu sözlərlə andı

Bu gün Xalq artisti, sevilən sənətkarımız Yaşar Nurinin  doğum günüdür. Yaşasaydı 71 yaşı tamam olacaqdı.

Lent.az xəbər verir ki, doğum günündə mərhum sənətkarı yaxın dostu, hazırda Türkiyədə yaşayan və işləyən balaban ustası Əlixan Səmədov yad edib.

O, Yaşar Nuri ilə birgə şəkillərini paylaşaraq, “Sənin üçün çox darıxıram, əziz dostum, yaşasaydnı 71 yaşın olacaqdı, məkanın Cənnət olsun”, yazıb.

Azərbaycanın xalq artisti, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı, aktyor Yaşar Nuri 1951-ci il sentyabr ayının 3-də Bakıda tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlib.

Kinoda və teatrda əvəzolunmaz obrazlarıyla yadda qalan sənətkar uzun sürən xəstəlikdən sonra 22 noyabr 2012-ci ildə Bakı şəhərindəki Mərkəzi Gömrük Hospitalında vəfat edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2103
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar