Milli İncəsənət Muzeyində tanınmış yəhudi şairəsi Raxel Bluvşteynin Azərbaycan dilinə tərcümə olunmuş kitabının təqdimatı keçirilib.
APA-nın xəbərinə görə, İsrailin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə baş tutan tədbirdə çıxış edən səfirliyin sözçüsü Avital Rozenberq yəhudi şairəsinin həyatı və yaradıcılğından danışıb.
Daha sonra şeirləri rus dilindən Azərbaycan dilinə tərcümə etmiş Vaqif Rəsullu şeirdən parça oxuyub.
Bakı Dağ Yəhudiləri İcmasının sədri Melix Yedayev də kitabla bağlı fikirlərini bölüşüb.
Təqdim olunmuş kitabda şairə Raxelin Azərbaycan dilinə tərcümə olunmuş şeirləri ilə yanaşı İvrit dilində də şeirləri yer alıb.
Təşkil olunan poetik gecədə Raxelin həm İvrit, həm də Azərbaycan dilində əsərlərindən bir neçəsi oxunub.