
XI Qəbələ Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib
Müxtəlif xalqların klassik musiqi sərvətlərinin parlaq nümunələrini ölkəmizdə canlandıran XI Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi 01 avqust 2019-cu il tarixində Qəbələ Rayon Mədəniyyət Mərkəzində keçirilib. Heydər Əliyev Fondunun, Mədəniyyət Nazirliyinin və “Gilan
Holding”-in təşkilatçılığı reallaşan bu mötəbər tədbirdə ölkə vətəndaşları, xarici dövlətlərdən qonaqlar və ictimai xadimlər iştirak ediblər.
Tədbirin əvvəlində açılış nitqləri ilə çıxış edən Milli Məclisinin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov və Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli ölkə başçısı İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə keçirilən festivalın baş tutmasına görə dərin minnətdarlıqlarını bildiriblər. Çıxışlar zamanı qeyd olunub ki, sivilizasiyanın zəngin mədəni-mənəvi irsinin ölkələr arasında mübadiləsi, o cümlədən ölkəmizin mədəni dəyərlərinin təbliği və gənc istedadların tanınması baxımından Qəbələ Beynəlxalq Musiqi Festivalı xüsusi əhəmiyyət daşıyır.
Açılış mərasimi, bu il anadan olmasının 650 illiyi qeyd olunan mütəfəkkir şair İmadəddin Nəsiminin məşhur qəzəllərinin ifası ilə başlanıb. Daha sonra Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri tamaşaçılar qarşısında geniş konsert proqramı ilə çıxış edib. Əməkdar incəsənət xadimi, professor Fəxrəddin Kərimovun dirijorluğu ilə keçirilən konsert zamanı orkestrin və Xalq artistləri Ülviyyə Hacıbəyova və Yeganə Axundovanın piano üzərində virtuoz çıxışları hər kəsi heyran edib.
Xatırladaq ki, Qəbələ Beynəlxalq Musiqi Festivalı 05 avqust 2019-cu il tarixinədək davam edəcək. Musiqi sevərlər Qəbələ Rayon Mədəniyyət Mərkəzində və Heydər Əliyev adına Konqres Mərkəzində axşam saatlarında təşkil olunan konsertlərdə iştirak edə bilərlər.
Oxşar yazılar

Özünüzü tapmağa kömək edəcək 6 film - VİDEO
16 iyul 2025 , 17:16
Çətin dövrlərdə sizi rahatlaşdıracaq 5 film - VİDEO
16 iyul 2025 , 15:33
Gənc yazıçı motosiklet qəzasında ağır yaralandı - FOTO
16 iyul 2025 , 11:25
Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
15 iyul 2025 , 16:19
Qadın hiyləsi haqqında 10 sitat
14 iyul 2025 , 18:35
Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO
14 iyul 2025 , 17:51