
Xəyali gitarada ifa üzrə ilk dünya çempionu - VİDEO
Cümə günü Finlandiyanın Oulu şəhərində xəyali gitarada ifa üzrə ilk dünya çempionatı keçirilib.
Birinciliyi bu dəfə münsiflər heyəti tərəfindən ən yüksək qiymətləri alan ABŞ nümayəndəsi "Markiz” Rob Messel əldə edib.
Yarışı izləmək üçün şəhərin mərkəzi meydanı olan Rotuaaridə ümumilikdə 3 min nəfər toplaşmışdı.
Qeyd edək ki, qaydalara əsasən, finalda iştirakçılar iki raundda iki kompozisiyanın müşayiəti altında xəyali gitarada ifa göstərməlidirlər. Kompozisiyaların hər birinin müddəti 60 saniyədir.
Birinci kompozisiya "gitaraçı" tərəfindən müstəqil seçilir, ikincini isə təşkilatçılar təklif edirlər və musiqiçi onu ilk dəfə yalnız səhnədə eşidir.
Çempionatın qalibinə mükafat qismində fin ustaları tərəfindən hazırlanmış əsl gitara təqdim olunur.
(xezerxeber)
Oxşar yazılar

İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11
Hitler və nasizmdən bəhs edən roman Almaniyada bestseller oldu
27 iyun 2025 , 16:55
"Nənələr" folklor qrupunun 89 yaşlı üzvü vəfat etdi
27 iyun 2025 , 14:36
Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO
27 iyun 2025 , 14:34
"Azdrama"da "Baş" tamaşasına ictimai baxış oldu
24 iyun 2025 , 19:23
Yuxunuzu qaçıracaq 5 QORXULU film - VİDEO
24 iyun 2025 , 15:55