Polis məktəblərdə reydlər   aparır
28 aprel 2026 12:35 (UTC +04:00)

Polis məktəblərdə reydlər aparır

0

Son günlər məktəblərdə yaşanan insidentlərlə bağlı hüquq mühafizə orqanları hərəkətə keçib. 

Lent.az-ın məlumatına görə, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında bildirib ki, mütəmadi olaraq DİN və aidiyyəti digər qurumlarla birlikdəbirlikdə məktəblərə reydlər təşkil edilir.

Şagird intizam qaydalarında məktəbə gətirilməsi qadağan edilmiş əşyaların məktəbli çantasında tapılması halları ciddi nəzarətə götürülür.

O həmçinin bildirib ki, məktəblərdə baş verən xoşagəlməz hadisələr təkcə şagird çantalarında gətirilən əşyalarla bağlı deyil. Şagirdlərin çantalarının yoxlanılması bu problemləri tamamilə aradan qaldırmayacaq. Problemləri aradan qaldırmaq üçün agentliyin öhdəsinə düşən məktəb kollektivini təlimatlandırmaq və lazımi öhdəliklərini onlara çatdırmaqdır. Həmçinin məktəb psixoloqları, müəllimlər bu istiqamətdə öhdələrinə düşən vəzifələri icra etməlidirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 376

Oxşar yazılar