Bu şəhərin ərazisi Xəzərin hesabına  böyüdü
28 aprel 2026 16:21 (UTC +04:00)

Bu şəhərin ərazisi Xəzərin hesabına böyüdü

0

Qazaxıstan Respublikasının hökuməti 23 aprel 2026-cı il tarixli qərarla Manqistau vilayətində yerləşən Aktau şəhərinin sərhədlərinin dəyişdirilməsini təsdiqləyib.

Lent.az-ın yerli mediaya istinadla məlumatına görə, sənəddə bildirilir ki, 10 mart 2026-cı il tarixli Manqistau vilayət məclisinin birgə qərarı və 16 fevral 2026-cı il tarixli Manqistau vilayəti akimatının qərarı nəzərə alınaraq Aktau şəhərinin sərhədlərinin dəyişdirilməsinə razılıq verilib.

Qərara əsasən, Manqistau vilayətinə məxsus ümumi sahəsi 94 642,2062 hektar olan torpaq sahəsinin bir hissəsi Aktau şəhərinin inzibati sərhədlərinə daxil edilir.

Xüsusilə, şəhər sərhədlərinə 94 642,2062 hektar su fondu torpaqları əlavə olunub. Bununla da Aktau şəhərinin ümumi ərazisi 124 491,2062 hektara çatıb.

Qərar 8 may 2026-cı il tarixindən qüvvəyə minir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 394

Oxşar yazılar