Xalq artisti Muxtar Maniyev reanimasiyaya yerləşdirilib
07 avqust 2015 19:25 (UTC +04:00)

Xalq artisti Muxtar Maniyev reanimasiyaya yerləşdirilib

 

 

Azərbaycanın xalq artisti Muxtar Maniyevin səhhəti pisləşib.

 

M. Maniyevin həyat yoldaşı Nəsibə Maniyevanın APA-ya verdiyi məlumata görə, avqustun 6-da xalq artistinin səhhəti kəskin pisləşib və onu Elmi-Cərrahiyə Mərkəzinin reanimasiya şöbəsinə yerləşdiriblər:

 

“Muxtar hazırda reanimasiyada həkim nəzarəti altında müalicə alır. Çoxdan idi səhhətindən ciddi şikayəti olmurdu, özünü yaxşı hiss edirdi. Dünən vəziyyəti birdən-birə kəskin pisləşdi. Qorxduq ki, onu itirək, şükür Allaha, vəziyyətdən birtəhər çıxara bildilər”.

 

N. Maniyeva əlavə edib  ki, aktyorun səhhəti ilə bağlı əlaqədar yerlərə məlumat verilib, müalicənin nəticəsindən asılı olaraq, həkimlər məsləhət bilsələr, M. Maniyevi sabah palataya köçürəcəklər: “Xəstəxanada bizə hər cür diqqət göstərirlər. Həkimlər Muxtarın sənətini yüksək qiymətləndirirlər, ona görə qulluğunda yaxşı dayanırlar. “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov xəstəxananın baş həkimi ilə danışıb, baş həkim də arxayın edib ki, əllərindən gələn köməkliyi edəcəklər”.

 

Qeyd edək ki, M. Maniyev ürək-qan dövranının pozulması və şəkər xəstəliyindən əziyyət çəkir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 482

Oxşar yazılar

Ən yaxşı 7 macəra  filmi -VİDEO

Ən yaxşı 7 macəra filmi -VİDEO

29 aprel 2025 , 17:28
"Avatar"ın məşhur obrazı real həyatda  necə görünür?

"Avatar"ın məşhur obrazı real həyatda necə görünür?

29 aprel 2025 , 15:22
Məşhur yazıçı  öldürüldü

Məşhur yazıçı öldürüldü

28 aprel 2025 , 22:08
2025-in ən yaxşı  5 komediya   serialı -VİDEO

2025-in ən yaxşı 5 komediya serialı -VİDEO

28 aprel 2025 , 17:56
Aktyor Vahid Əliyevin son vəziyyəti - Özü açıqladı

Aktyor Vahid Əliyevin son vəziyyəti - Özü açıqladı

28 aprel 2025 , 15:08
2025-ci ilin ən vacib  filmlərindən biri - "Müqəddəs əncirin toxumu" -  VİDEO

2025-ci ilin ən vacib filmlərindən biri - "Müqəddəs əncirin toxumu" - VİDEO

28 aprel 2025 , 13:30
Aktyor Möylə Mirzəliyev vəfat etdi

Aktyor Möylə Mirzəliyev vəfat etdi

28 aprel 2025 , 12:41
Əhvalınızı düzəldəcək 5 film

Əhvalınızı düzəldəcək 5 film

28 aprel 2025 , 12:06