Xalq artisti ilə vida mərasimi “Aktyorlar Evi”ndə olacaq
12 aprel 2013 12:14 (UTC +04:00)

Xalq artisti ilə vida mərasimi “Aktyorlar Evi”ndə olacaq

 

“Nodar Şaşıqoğlu ilə vida mərasimi saat 15:00-da “Aktyorlar Evi”ndə olacaq”. Bunu Lent.az-a açıqlamasında Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov bildirib.

 

İ. Hümbətov Nodar Şaşıqoğlunun harada dəfn olunması məsələsinə də aydınlıq gətirib: “Ola bilsin ki, mərhum II Fəxri Xiyabanda dəfn olunacaq” .

Qeyd edək ki, Xalq artisti Nodar Şaşıqoğlu bu gün Bakı şəhərində yaşadığı evdə uzun sürən xəstəlikdən sonra vəfat edib. Xalq artisti 1927-ci ildə Tiflisdə anadan olub. “Onun böyük ürəyi”, “Uzaq sahillərdə”, “Əsl dost”, “Səhər”, “Bimiz küçə”, “”Telefonçu qız”, “De ki məni sevirsən!” və.s filmlərdə biri-birindən maraqlı obrazlar yaradıb. 1983-cü ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülüb. 2007-ci ildə "Şöhrət" ordeni ilə təltif olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1907

Oxşar yazılar