Xalça muzeyinin direktoru işdən çıxarıldı
25 dekabr 2015 12:25 (UTC +04:00)

Xalça muzeyinin direktoru işdən çıxarıldı

 

Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru Röya Tağıyeva təqaüdə göndərilir.

 

Lent.az-ın “Report”-a istinadən xəbərinə görə, bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclasında bəyan edib.

 

O, 71 yaşlı R.Tağıyevanın işinə 1 yanvar 2016-cı il tarixində son veriləcəyini bildirib.

 

R.Tağıyevaya fəaliyyətinə görə təşəkkür edən nazir onun vəzifəsini müvəqqəti olaraq muzeyin baş mühafizi Mira Məmmədxanovanın icra edəcəyini bildirib.

 

Xatırladaq ki, bu ayın əvvəlində nazirlik R.Tağıyevaya şiddətli töhmət elan etmiş, muzeyin direktoru isə işdən azad edilmişdi.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 363

Oxşar yazılar