UNESCO-nun Bakıdakı sessiyasına rekord sayda iştirakçı qatılıb
10 dekabr 2013 20:35 (UTC +04:00)

UNESCO-nun Bakıdakı sessiyasına rekord sayda iştirakçı qatılıb

Mədəniyyət və Turizm Nazirliyində UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasının yekunlarına həsr olunan iclas keçirilib. Nazirlikdən APA-ya verilən məlumata görə, əlaqədar dövlət qurumları və təşkilatların nümayəndələrinin iştirak etdiyi iclasda çıxış edən mədəniyyət və turizm naziri Ə. Qarayev beynəlxalq səviyyəli tədbirə Azərbaycanın ev sahibliyi etməsini əlamətdar hadisə kimi qiymətləndirib.

 

Nazir qeyd edib ki, UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasında iştirak etmək üçün 793 nəfər qeydiyyatdan keçib, 116 ölkədən 611 nəfər  iştirak edib: “Tədbirin iştirakçılarının ümumi sayı 900-ə yaxın olub və budəfəki sessiya komitənin tarixinə ən çox iştirakçı sayı olan iclas kimi düşüb”.

 

Sessiya Azərbaycanda internet vasitəsilə onlayn yayımlanan ilk beynəlxalq tədbirdir və gündəlik izləyicilərinin sayı UNESCO Hökumətlərarası Komitəsinin əvvəlki sessiyalarından iki dəfə artıq - gün ərzində 14300 nəfər olub. Nazir əlavə edib ki, UNESCO Hökumətlərarası Komitəsinin Bakı sessiyasının ölkə üçün ən mühüm nəticələrindən biri  "Çövkən - Qarabağ atüstü oyunu”nun təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil edilməsidir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 542
avatar

Oxşar yazılar