Tahir Salahovun məşhur əsəri satışa çıxarılır
08 noyabr 2015 15:09 (UTC +04:00)

Tahir Salahovun məşhur əsəri satışa çıxarılır

0

Dekabrın 1-də Londonun Sotheby’s hərrac evində Rusiya incəsənətinin üç əsrini əhatə edən əsərlərdən ibarət satışlar baş tutacaq.

Lent.az buro247.az-a istinadən xəbər verir ki, hərracın əsas lotları arasında Azərbaycanın görkəmli rəssamı Tahir Salahovun müəllifi olduğu "Aydan" əsəri də var. Rəssamın qızı Aydan Salahovanın portreti 250-350 min funt sterlinq dəyərində qiymətləndirilir. Sotheby's hərrac evinin rəsmi məlumatında bildirilir ki, "Aydan" Sovet dövrünün ən yaxşı əsərlərindən biri hesab olunur: "Bu rəsmin digər versiyası Rusiya Dövlət Tretyakovski Qalereyasında saxlanılır. Satışa çıxarılan variantı isə rəssam Tokioda keçirilmiş sərgisi münasibətilə çəkibmiş. "Aydan" əsəri Sovet uşaqlığının ən gözəl təsviridir. Təsadüfi deyil ki, 2011-ci ildə Rusiyada üzərində bu rəsm əsərinin olduğu poçt markaları buraxılıb".

Hərrac evinin digər dəyərli lotları arasında Brois Qriqoryevin "Ramayana" (600-800 funt sterlinq), Dmitriy Levitskinin "Knyaqinya Varvara Qolitsınanın portreti" (250-300 funt sterlinq), Faberje külqabısı, eləcə də A.S. Puşkinin həyat yoldaşı Natalya Qonçarovanın rəsmlərindən ibarət kolleksiya da var.


Mənbə:http://www.buro247.az/culture/art/tahir-salahovun-r-sm-s-ri-londonda-h-rraca-xar-lac.html

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 379

Oxşar yazılar