Əməkdar incəsənət xadimi, bəstəkar Tahir Əkbərin yaradıcılıq gecəsi keçiriləcək.
Tədbir tanınmış musiqiçinin 70 illiyinə həsr olunur. Bu barədə Lent.az Bəstəkarlar İttifaqından verilən məlumatda deyilir. Yaradıcılıq gecəsi aprelin 18-də 19:00-da Rəşid Behbudov adına Mahnı Teatrında olacaq. Tədbir Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə reallaşır.