Siyavuş Aslan xəstəxanadan evə buraxıldı
12 iyun 2013 13:50 (UTC +04:00)

Siyavuş Aslan xəstəxanadan evə buraxıldı

Xalq artisti Siyavuş Aslan xəstəxanadan evə buraxılıb. Bu barədə APA-ya aktyorun həkimi Venera İsmayılova məlumat verib. Onun sözlərinə görə, müalicə kursu bitən aktyorun vəziyyəti orta-ağır olaraq qiymətləndirilir: “Evə buraxılsa da, o, nevropatoloq, endokrinoloq və terapevtin nəzarətində olmalıdır. Xəstəlik xroniki hal aldığından nəzarət mütləqdir”.

 

Qeyd edək ki, Azərbaycanın xalq artisti Siyavuş Aslan mayın 25-də ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. O, 2011-ci ilin avqust ayında işemik insult keçirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1047
avatar

Oxşar yazılar