Səfirliyimiz şirniyyat festivalına paxlava ilə qatılıb
11 may 2013 05:28 (UTC +04:00)

Səfirliyimiz şirniyyat festivalına paxlava ilə qatılıb

 

Bu gün Kanadanın paytaxtı Ottavada Analar günü münasibətilə ilk dəfə olaraq Dünya Şirniyyatları Festivalı (Desserts of the World Festival) keçirilib.

 

Gələcəkdə hər il keçirilməsi nəzərdə tutulan festival şəhər sakinlərinə dünyanın müxtəlif ölkələrinin məşhur şirniyyatları ilə tanış olmaq imkanı yaradır.

 

Ottava meri Jim Watson və Kanada Parlamenti üzvlərinin qatıldığı festivala, həmçinin Azərbaycan Respublikasının Kanadadakı Səfirliyi də sponsorluq edib. Belə ki, Azərbaycan paxlavası Səfirliyin festivala töhfəsi olub və tədbirə gələn qonaqlar Azərbaycan mətbəxinin ləziz nümunəsinin dadına baxmaq imkanını qazanıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 930
avatar

Oxşar yazılar