Oktyabrın 5-10-da Rusiyanın Sankt-Peterburq şəhərində, Mayakovski adına kitabxanada Azərbaycan kinosu həftəsi keçiriləcək.
Lent.az-ın məlumatına görə, həftə ərzində Azərbaycan dilində rusca altyazı ilə altı film təqdim olunacaq. Məqsəd rusiyalı tamaşaçıları Azərbaycan mədəniyyəti, incəsənəti, dili, adət-ənənəsi ilə yaxından tanış etməkdir.
Nümayişdən öncə, Sankt-Peterburq Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin aspirantı Şahnaz Kamalova filmlər haqqında məlumat verəcək. Sonda müzakirələr keçriləcək. Film nümayiş olunacaq zalda Azərbaycan türkcəsində olan kitablardan və Azərbaycanla bağlı suvenirlərdən ibarət sərgi də təşkil olunacaq. Tədbirin təşkilatçısı Şahnaz Kamalovadır.