Sabah xalq artisti əməliyyat olunacaq:"Dörd damarımı dəyişiblər"
05 fevral 2014 15:45 (UTC +04:00)

Sabah xalq artisti əməliyyat olunacaq:"Dörd damarımı dəyişiblər"

Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Ramiz Məlik sabah Mərkəzi Neftçilər Xəstəxanasında (MNX) əməliyyat olunacaq. Lent.az-ın məlumatına görə, bir neçə il öncə ürəyindən əməliyyat olunan aktyor, hazırda böyrək kistasından əziyyət çəkir.

Sabah saat 10 radələrində planlaşdırılan  laparoskopik böyrək kistasının eksiziyası əməliyyatı 2 saata yaxın davam edəcək. Onun əməliyyatı həkim uroloq Rəşad Məmmədov Fərhad oğlunun rəhbərliyi altında olacaq.

Qeyd edək ki, R.Məlik 2 həftə öncə MNX-na müraciət edib. Xalq artisti müayinə olunub və əməliyyatı lazım bilinib.

 

Bununla bağlı Lent.az-ın əməkdaşı R. Məliklə əlaqə saxlayıb. Aktyor səhhəti barəsində bu sözləri deyib: “Mən bir neçə il öncə, təxminən 2  il bundan qabaq ürəyimdən əməliyyat keçirtmişəm. Həmin əməliyyatdan sonra 4 damarımı dəyişiblər. Sabah isə növbəti əməliyyata hazırlaşıram. Həkimlər böyrəyimdə olan kistanı götürəcəklər. Kİstanın olmasını təxminən 1 il öncə bilmişəm. Lakin ürəkdən sonra bu cür əməliyyat risqli, həm də təhlükəli sayılırdı. Məhz bu səbəbdən bu qədər yubandı. İnşallah, problem həllini tapar”.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2031
avatar

Yalçın UĞUR

Oxşar yazılar