Ruslar azərbaycanlı aktyorların ifasında "Fedra" və "Maskarad"a baxacaqlar
10 noyabr 2015 15:42 (UTC +04:00)

Ruslar azərbaycanlı aktyorların ifasında "Fedra" və "Maskarad"a baxacaqlar

Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının kollektivi Sankt-Peterburqa qastrol səfərinə gedib.

Teatrdan Lent.az-a verilən məlumata görə, qastrol zamanı Vasilevskidəki Dövlət Dram Teatrının səhnəsində 2 tamaşa nümayiş etdiriləcək.

Noyabrın 11-də xalq artisti, teatrın baş rejissoru Aleksandr Şarovskinin quruluş verdiyi  Mixail Lermontovun "Maskarad" tamaşası oynanılacaq. Bu tamaşada rejissor həm də Arbenin rolunu ifa edir. Xatırladaq ki, tamaşanın premyerası 2013-cü il noyabrın 24-də olub. Tamaşa məşhur rus şairi M.Lermontovun 200 illik yubileyinə həsr olunub.

Noyabrın 12-də isə peterburqlular A.Şarovskinin daha bir quruluşunu izləyəcəklər. Rusiyalı sənətsevərlər üçün məşhur  fransız dramaturqu Jan Rasinin "Fedra" tamaşası nümayiş etdiriləcək. Hər iki tamaşa Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanıb.

Qastrol səfəri noyabrın 13-də başa çatacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 186

Oxşar yazılar

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

12 iyun 2025 , 21:18
Ailə ilə izləmək üçün 5 film  - VİDEO

Ailə ilə izləmək üçün 5 film - VİDEO

12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial  -VİDEO

Qadınlar haqqında 7 serial -VİDEO

11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında  - VİDEO

Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO

11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi  vəfat etdi

“Çaqqal günü” romanının müəllifi vəfat etdi

10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat

Dahilərdən pul haqqında 10 sitat

9 iyun 2025 , 16:09
Ancelina Colinin  az tanınan maraqlı filmləri

Ancelina Colinin az tanınan maraqlı filmləri

7 iyun 2025 , 14:28
Yayda izləyə biləcəyiniz  5 film   -VİDEO

Yayda izləyə biləcəyiniz 5 film -VİDEO

5 iyun 2025 , 19:07