Azərbaycanlı rejissorların filmləri beynəlxalq kinofestivalda iştirak edəcək.
Rejissor Novruz Hikmətin “Sakura” filmi dekabrın 12-dən 15-dək Bişkekdə keçiriləcək “Qırğızıstan - qısametrajlı filmlər ölkəsi” III beynəlxalq kinofestivalında nümayiş olunacaq.
Azərbaycan və Ukrayna kinematoqraflarının müştərək lentə aldıqları “Sakura” qısametrajlı filmi iki insanın qorxu və arzularından bəhs edir.
Ekran əsərinin quruluşçu rejissoru və ssenari müəllifi Novruz Hikmət, operatoru Yuri Dunay, prodüserləri Novruz Hikmət və İrina Biçevadır. Ekran əsərində baş rolu əməkdar artist Ayşad Məmmədov oynayıb. Filmdə A. Məmmədovun partnyoru Ukraynanın teatr aktrisası Tatyana Qavrilyukdur.