Rotterdamda türk xalqlarının festivalı keçirilib
04 iyun 2013 11:12 (UTC +04:00)

Rotterdamda türk xalqlarının festivalı keçirilib

Türkiyənin təşkilatçılığı ilə Niderland Krallığının Rotterdam şəhərindəki “Ahoy” sarayında türk xalqlarının multi-festivalı keçirilib.

 

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, mayın 31-dən iyunun 2-dək davam edən festivala Türkiyə və Azərbaycandan başqa, Orta Asiya, Yaxın Şərq və digər bölgələrin türk xalqları da iştirak edib.

 

Festivalda Azərbaycanı “Ana Vətən”  Niderland Azərbaycanlı Qadınlar Birliyi və Niderland Azərbaycanlı Gənclər Cəmiyyətinin üzvləri, eləcə də Niderland Krallığında yaşayan azərbaycanlılar təmsil edib. Azərbaycan stendinə milli geyimlərimiz, tariximizi, mədəniyyətimizi əks etdirən kitab və suvenirlər sərgilənib. Azərbaycan cəmiyyətlərinin üzvləri ziyarətçilərə ölkəmiz, mədəniyyətimiz, tariximiz, mətbəximiz, xüsusilə də Qarabağ haqqında məlumat veriblər.

 

Festivalda Türkiyənin  məşhur sənətçiləri də iştirak ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 442
avatar

Oxşar yazılar