Nuriyyə Əhmədova ilə vida mərasimi başlayıb
10 oktyabr 2015 16:03 (UTC +04:00)

Nuriyyə Əhmədova ilə vida mərasimi başlayıb

0

Xalq artisti Nuriyyə Əhmədova ilə vida mərasimi başlayıb. Lent.az-ın müxbirinin verdiyi xəbərə görə, tanınmış aktrisa bacısının Mərdəkandakı evindən götürüləcək. Mərhum sənətkarın sənət yoldaşları, qohumları bu evə toplaşıblar. 

 

N.Əhmədova xaricdə yaşayan bacısının gəlişindən sonra, Şüvəlandakı Mirmövsüm Ağa ziyarətgahı yanındakı qəbiristanlıqda dəfn ediləcək.

 

Qeyd edək ki, N.Əhmədova bu gün səhər saatlarında 1 saylı şəhər xəstəxanasında ürək xəstəliyindən vəfat edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 368

Oxşar yazılar