Nəzakət Teymurova “Sarı gəlin”i təqdim etdi:  “Bu mahnı yaralı yerimizdir”
24 yanvar 2014 14:12 (UTC +04:00)

Nəzakət Teymurova “Sarı gəlin”i təqdim etdi: “Bu mahnı yaralı yerimizdir”

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Akademik Opera və Balet Teatrının solisti, xalq artisti Nəzakət Teymurova mətbuat konfransı keçirib. Lent.az-ın məlumatına görə, xanəndənin konfrans keçirməsinin səbəbi ifa etdiyi “Sarı gəlin” mahnısına rejissor Fuad Quliyev vasitəsi ilə ekran həyatı verməsidir.

Aparıcı Leyla Əliyeva tədbirə gələnləri salamladıqdan sonra, ekran işi nümayiş olundu. Daha sonra söz səbəbkara, N.Teymurovaya çatdı. ““Sarı gəlin”i bu günə qədər Azərbaycanın çox dəyərli ifaçıları ilə yanaşı, gənc müğənnilərimiz də ifa edib. Mən də bu əsərə müraciət etməyə bilməzdim. Bu mahnı bizim yaralı yerimizdir. Bildiyiniz kimi tez-tez xarici ölkələrdə oluruq. Hansı ölkəyə getməyimdən asılı olmayaraq, ilk ifa etdiyim mahnı “Sarı gəlin” olur. Mən vətənimə, xalqımıza çox bağlı olan bir ifaçıyam. Xeyli müddət böyük istəklərimdən biri o idi ki, simfonik orkestrin iştirakıyla ilə bu mahnını ifa edib. İstəyimə nail olduğum üçün məmnunam”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 997
avatar

Yalçın UĞUR

Oxşar yazılar