Hokkey dünyası matəm içindədir.  1995-ci il dünya çempionatının bombardiri  vəfat edib
29 iyun 2024 09:43 (UTC +04:00)

Hokkey dünyası matəm içindədir. 1995-ci il dünya çempionatının bombardiri vəfat edib

Rusiyanın keçmiş xokkey hücumçusu Sergey Berezin 52 yaşında vəfat edib. Voskresensk əsilli milli komandanı dörd dünya çempionatında və 1994-cü ildə Norveçin Lillehammer şəhərində keçirilən Qış Olimpiya Oyunlarında təmsil edib. NHL-də 500-dən çox oyun keçirib.

Lent.az xarici mediaya istinadən bildirir ki, ən məhsuldar hokkey illərini NHL-də Mats Sundin ilə “Toronto Meypl Lifs” komandasında keçirib. Ölümün səbəbi barədə məlumat verilmir.

“Toronto”da NHL-dəki ilk mövsümündə 25 qol vurub və yeni başlayanlar arasında ən çox qol vuran oyunçu olub. İki il sonra o, 37 qol və 59 xalla şəxsi rekorda imza atıb.

Ümumilikdə Berezin NHL-də 502 oyun keçirib, 160 qol və 286 xal toplayıb. Beş mövsüm “Meypl Lifs” forması geyinib, sonra “Fikils”, “Monreal”, “Çikaqo” və “Vaşinqton”da oynayıb.

Milli komanda səviyyəsində o, 1995-ci ildə İsveçdə keçirilən hokkey üzrə Dünya Çempionatında altı oyunda yeddi dəqiq vuruşla ən çox qol vuran oyunçu olub.

2003-cü ildə vətənə, Rusiyaya qayıdıb və burada sonuncu dəfə OMİK-də çalışıb. Daha sonra 33 yaşında karyerasını başa vurub və ABŞ-a köçüb, orada bizneslə məşğul olub.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2271
avatar

Oxşar yazılar