Müslüm Maqomayev Moskvada anılacaq
25 oktyabr 2015 05:57 (UTC +04:00)

Müslüm Maqomayev Moskvada anılacaq

0

Azərbaycanın dünya şöhrətli musiqiçisi, SSRİ xalq artisti Müslüm Maqomayevin xatirəsi anılacaq. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, anım mərasimi dünya şöhrətli müğənninin vəfatının ildönümü günü heykəli qarşısında keçiriləcək.

 

Anım mərasimində musiqiçinin yoldaşı Tamara Sinyavskaya, Müslüm Maqomayevin Mədəni-Musiqi Fondunun təsisçiləri  Araz və Emin Ağalarovlar, xalq artistinin pərəstişkarları iştirak edəcəklər.

 

Qeyd edək ki, Rusiyanın “Pervıy kanal” televiziya kanalında musiqiçinin memuarları əsasında çəkilmiş “Müslüm Maqomayev. Birinci şəxsdən” sənədli filminin premyerası keçiriləcək. Filmin ərsəyə gəlməsində tanınmış müğənni Emin Ağalarov və rejissor Mehdi Məmmədov bir neçə il çalışıb.  

 

Müslüm Maqomayev 25 oktyabr 2008-ci ildə vəfat edib, Bakıdakı Birinci Fəxri Xiyabanda dəfn olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 590

Oxşar yazılar