Musiqili Teatrda “Qodonun intizarında” tamaşası hazırlanıb
17 sentyabr 2019 12:55 (UTC +04:00)

Musiqili Teatrda “Qodonun intizarında” tamaşası hazırlanıb

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında irlandiyalı yazıçı-dramaturq Semuel Bekketin məşhur “Qodonun intizarında” pyesi əsasında hazırlanan eyniadlı tamaşa oynanılacaq.

Lent.az xəbər verir ki, səhnə əsərinin bədii rəhbəri Əliqismət Lalayev, quruluşçu rejissoru Yunis Vəlipur, tərcümə edəni Şövqi Hüseynovdur.

Sentyabrın 28-də təqdim olunacaq tamaşada rolları Əməkdar artistlər Əzizağa Əzizov, Şövqi Hüseynov, aktyorlar, Əliməmməd Novruzov, Səmədzadə Xasıyev və başqaları ifa edəcək. Tamaşanın quruluşçu dirijoru və musiqi tərtibatçısı Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, dirijoru Səməd Süleymanov, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir Ağayev və Yelena Ağayeva, konsertmeysteri Nərminə Əbdürəhmanova, səhnə tərtibatı Qabil Gözəlov, rejissor assistenti Əliməmməd Novruzovdur.

Qeyd edək ki, dünyada ilk dəfə “Qodonun intizarı” üçün simfonik musiqini Xalq artisti, professor Fərəc Qarayev yazıb.

 

“Hadisələrin bir məkanda və zamanda baş verdiyi “Qodonun intizarında” pyesində elə məqamlar var ki, həmin mərhələləri açmaq üçün onu dərk etmək lazımdır. Həssaslıqla yanaşılması tələb olunan bu tamaşada ümidsizlik məsələsini həll edib ümid vermək, mənəviyyatsızlıq məsələsini həll edib mənəviyyat vermək, fərdiyyətdən cəmiyyətə çıxmağın yolları göstərilir, insanın varlığı, onun mahiyyəti və mahiyyətinin dərin qatları ön plana çəkilir. Fərəc Qarayevin “Qodonun intizarı” simfonik əsəri əsasında hazırlanan absurd-tamaşada 5 obraz var: Estraqon (Qoqo), Vladimir (Didi), Poçço, Lakki, Oğlan. Hər iki hissədə meşə cığırı ilə gedən yol və bir kənarda ağac var. Gecədir... İki avara, Estraqon və Vladimir burada oturub Qodonu gözləyirlər. Qodo kimdir? Qodo elə bir varlıqdır ki, onun kimliyi yoxdur və heç vaxt da bu haqda məlumat verilmir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 947
avatar

Oxşar yazılar