Moskvanın “Dərviş” Teatrı Akademik Milli Dram Teatrında
19 oktyabr 2015 18:34 (UTC +04:00)

Moskvanın “Dərviş” Teatrı Akademik Milli Dram Teatrında

0

Moskvanın “Dərviş” Teatrı Akademik Milli Dram Teatrında çıxış edəcək.

Teatrın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, “Dərviş” teatrı xalq şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyi münasibəti ilə “Gülüstan” poemasının əsasında hazırlanan eyniadlı tamaşanı təqdim edəcək. Oktyabrın 21-də təqdim olunacaq səhnə əsərinin quruluşçu rejissoru “Dərviş” teatrının bədii rəhbəri, əməkdar artist Mərdan Feyzullayev, musiqi tərtibatçısı Pyotr Pavloviçdir. Səhnə əsərində Şirzad Pirallahi, İrina Dmitriyevna, Meri Tateşvili çıxış edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 242

Oxşar yazılar