Mirzə İbrahimovun əsərlərinin biblioqrafiyası üç dildə
04 dekabr 2013 22:17 (UTC +04:00)

Mirzə İbrahimovun əsərlərinin biblioqrafiyası üç dildə

AMEA-nın Mər­kəzi Elmi Kitabxanası “Azərbaycanın Elm və Mədəniyyət Xadimləri” seriyasından xalq yazıçısı Mirzə İbrahimovun əsərlərinin biblioqrafiyasını Azərbaycan, rus və ingilis dillərində çap edib.

 

APA-nın məlumatına görə, nəşrin tərtibçiləri Aybəniz Əliyeva-Kəngərli və İsmət Səfərovdur. Professor Teymur Əhmədovun və Firəngiz Hüseynovanın redaktorluğu ilə işıq üzü görən biblioqrafiyada Mirzə İbrahimovun Azərbaycan, rus, türk, fars, ingilis və s. dillərdə nəşr olunan kitabları, dövri mətbuatda dərc edilən ədəbi-tənqidi və publisistik məqalələrini əhatə edir.

 

Göstəricidə M.İbrahimovun kitabları, dövri mətbuatda çıxmış əsərləri də yer alıb. Ədəbi-tənqidi və publisistik məqalələri isə xronoloji qayda ilə sistemləşdirilib. Yazıçının həyat və yaradıcılığı haqqında, eləcə də tərcümə etdiyi əsərlər ayrıca bölmələrdə əksini tapıb. Biblioqrafiyadan istifadəni asanlaşdırmaq məqsədilə Mirzə İbrahimovun əsərlərinin və onun haqqında yazan müəlliflərin adları əlifba göstəricisi ilə verilib.

 

Qeyd edək ki, biblioqrafik göstərici AMEA Rəyasət Heyətinin sərəncamına əsasən hazırlanıb.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 811
avatar

Oxşar yazılar