Milli Teatr Günü münasibəti ilə tədbir keçirilib
10 mart 2016 19:27 (UTC +04:00)

Milli Teatr Günü münasibəti ilə tədbir keçirilib

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Azərbaycan Milli Teatrının 143 illiyin münasibəti ilə tədbir keçirilib.

 

Teatrın mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, teatrın direktoru, əməkdar artist Mübariz Həmidov 1873-cü il martın 10-da Bakı Realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən təməli qoyulan Azərbaycan Milli Teatrının yaranma tarixi haqqında ətraflı məlumat verib.

 

Direktorun sözlərinə görə, Azərbaycan teatrı keşməkeşli ömür sürərək zamanın mühakiməsindən üzü ağ çıxıb. 

 

Teatrın baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanov, xalq artistləri Cənnət Səlimova, Yasin Qarayev, Ağaxan Salmanlı, əməkdar artistlər Almaz Mustafayeva, Kəmalə Hüseynova, Naibə Allahverdiyeva Milli Teatr günü ilə bağlı fikirlərini dilə gətiriblər.

 

Çıxışlardan sonra Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti vəziri Xani Lənkəran” komediyası əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş etdirilib. Quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova olan səhnə əsərinin musiqi tərtibatı xalq artisti Cavanşir Cəfərova, rəqslərin quruluşu Zakir və Leyla Ağayevlərə məxsusdur.


Tamaşada rolları əməkdar artistlər Lətifə Əliyeva, Gülər Nəbiyeva, Leyli Vəliyeva, Nofəl Vəliyev, Şövqi Hüseynov, aktyorlar İradə Rəşidova, Şəbnəm Hüseynova, Zülfiyyə Alhüseynova, Aydın Dəmirov, Kərəm Hadı-zadə, Vüsal Mehrəliyev və Eşqin Quliyev ifa ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 486
avatar

Oxşar yazılar