Azərbaycanın xalq artisti Almaniyada vəfat etdi
30 oktyabr 2017 11:46 (UTC +04:00)

Azərbaycanın xalq artisti Almaniyada vəfat etdi

Xalq artisti Rafiq Hüseynov Almaniyada dünyasını dəyişib.

 

Bu barədə APA-ya açıqlamsında xalq artistinin həyat yoldaşı Səbinə Hüseynova məlumat verib.

 

O bildirib ki, R. Hüseynov müalicə aldığı Düseldolf şəhərindəki klinikada vəfat edib: “Həkimlər əllərini gələni etdilər, amma həyata qayıtması mümkün olmadı. Oktyabrın 26-da dünyasını dəyişdi. Mən dövlət qurumlarından xahiş etdim ki, heç kimə deməsinlər. Çünki qızım bu xəbəri mətbuat oxusaydı, ona çətin olacaqdı. İlk sizə deyirəm, indi yaya bilərsiniz. Artıq qızımı psixoloji cəhətdən hazırlamışam. Heç nə danışa bilmədim Rafiqlə. Səsimi eşidirdi, gözünü açırdı, amma danışa bilmirdi. Komaya düşən kimi ürəyi dayandı. Həkimlər dedilər ki, ağ ciyərin funksiyasını bərpa etmək mümkün olmadı”.

 

S. Hüseynova əlavə edib ki, R. Hüseynovun cənazəsi iki günə Bakıya gətiriləcək: “Almaniyadakı konsulluğumuz bu işlə məşğuldur. Hər şey dövlət tərəfindən yüksək səviyyədə təşkil olunacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 457
avatar

APA Baycan

Oxşar yazılar