Noyabrın 22-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Xalq artisti, professor Mənsum İbrahimovun 55 illik yubileyi keçiriləcək. Teatrdan Lent.az-a verilən məlumata görə, yubiley münasibəti ilə həmin gün M. İbrahimovun iştirakı ilə dahi bəstəkar Üz.Hacıbəylinin “Leyli və Məcnun” operasının tamaşası nümayiş olunacaq.
Yubiley tamaşasında M. İbrahimovun tərəf müqabili Nəzakət xanım Teymurova olacaq.
Qeyd edək ki, səhnəmizin əvəzsiz "Məcnun"u artıq 22 ildir ki, bu tamaşada çıxış edir. Bu illər ərzində Azərbaycan muğam sənətinin bir çox istedadlı qadın ifaçılar - xalq artistləri Səkinə İsmayılova, Qəndab Quliyeva, Gülyaz və Gülyanaq Məmmədovalar, Nəzakət Teymurova, Aygün Bayramova, Simarə İmanova onun tərəf müqabilləri olub.